Türkiyənin 21 vilayətində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, ötən dörd gün ərzində “BOZDOĞAN-17” kod adı altında keçirilən əməliyyat zamanı İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.
Əməliyyat zamanı terror təşkilatına aid çox sayda sənəd və rəqəmsal material ələ keçirilib.