Fransa Ukraynaya yüzlərlə VAB zirehli mahını, o cümlədən SAMP/T hava hücumundan müdafiə sistemləri üçün "Aster-30" raketləri göndərəcək.
"Unikal" xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornyu “La Tribune” qəzetinə müsahibəsində bildirib.
Nazir deyib ki, Fransa 2024-2025-ci illərdə Ukraynaya VAB zirehli maşınları göndərəcək. Onun sözlərinə görə, VAB zirehli maşınları köhnə model olsa da, hələ istifadə etmək olar.
Qeyd edək ki, Fransa hazırda VAB zirehli maşınlarını daha müasir “Griffon”-larla əvəzləyir.