Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir. Türkiyə xalqı 10 aylıq fasilədən sonra yerli özünüidarəetmə seçkiləri üçün seçki məntəqələrinə gedir.
Səs verəcəkləri məntəqələrə gələn  bəzi seçicilər fərqli geyimlərlə diqqət çəkib. Adanada bir vətəndaş kral geyimində, Düzcedə isə Muay Thai milli idmançısı Muhammet Bişgin alüminium folqadan hazırlanmış astronavt geyimində səsverməyə gəlib. Ölkə daxilində xəstə və yaşlı insanlar isə sağlamlıq qruplarının köməyi ilə seçki məntəqələrinə aparılıblar.

"Unikal"  həmin rəngli görüntüləri təqdim edir: