Türkiyənin kurort zonası Antalyada 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, AFAD məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 13:38-də (Bakı vaxtı ilə saat 14:38) Kaş rayonunda qeydə alınıb.
Zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələ məlumat yoxdur.