Bələdiyyə seçkilərində Ankarada səs verən "Milliyyətçi Hərəkat Partiyası"nın sədri Dövlət Baxçalı üzündəki qançırlar və qolundakı sarğı ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, görüntülər sosial mediada böyük əks-səda yaradıb.
MHP mənbələrindən verilən məlumata görə; Baxçalı bir neçə gün əvvəl evdə yıxılıb və üzündəki qançırlar da bu səbəbdən yaranıb.
Səsvermə prosesindən sonra açıqlama verən Baxçalı "Ümid edirəm ki, millətimiz və dövlətimiz üçün faydalı olar. Əvvəlcədən bütün millətimizə təşəkkür edirəm" deyib.