İsrailin Baş naziri Benyamin Netanyahu bu gün yırtıq əməliyyatı olunacaq.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, cərrahiyyə əməliyyatı zamanı onun vəzifəsini ədliyyə naziri Yariv Levin icra edəcək.

Netanyahunun ümumi anesteziya altında əməliyyat olunacağı bildirilir.

Bundan əvvəl Netanyahu ürək əməliyyatından sonra səhhətinin yaxşı olduğunu, bu müddət ərzində ona kardiostimulyator taxıldığını demişdi.