Almaniyada “Taurus” qanadlı raketlərinin istehsalı mövcud sifarişlərin olmaması səbəbindən dayandırılıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu müdafiə konserninin Almaniya bölməsinin - istehsalçı MBDA-nın rəhbəri Tomas Qotçild Auqsburqer müsahibəsində deyib.

"İstehsalın dayandırılması sənayemiz üçün problemdir, çünki təchizatçılarımız, çox vaxt kiçik və orta şirkətlər belə hallarda istehsalı dayandırırlar", - deyə o bildirib.

Onun sözlərinə görə, MBDA müqavilələrlə bağlı hökumət qərarlarının tezləşdirilməsində israrlıdır.

"Biz Almaniyada bu baxımdan daha yaxşı və daha sürətli ola bilərik. Konsern ehtiyat olaraq "Taurus" raketləri istehsal edə bilməz. Yeni sifarişlər gəldikdə, tərəfdaş şirkətlər istehsal zəncirini yenidən qurmalı olurlar. Eyni zamanda, dünyada partlayıcı maddələrin istehsalı üçün lazım olan materiallara yüksək tələbat var, ona görə də tədarükdə fasilələr yarana bilər".