Türkiyədə keçirilən yerli bələdiyyə seçkilərinin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.

"Unikal" xəbər verir ki, Türkiyə üzrə sandıqların 90,81 faizi açılıb.

Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,32 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,78 faizlə ikinci sıradadır.

Qeyd edək ki, Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yenerin dediyinə görə, yekun nəticə aprelin 1-də gündüz saatlarında açıqlanacaq. 

***31.03.2024 / 23:37

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin yarısından çoxu hesablanıb.

"Unikal" xəbər verir ki, ölkə üzrə sandıqların 55,47 faizi açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,66 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,71 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,60 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,34 faizlə birinci yerdədir.

*** 21:45

Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair ilkin məlumatlar açıqlanır.

"Unikal" xəbər verir ki, indiyədək ölkə üzrə sandıqların 23,52 faizi açılıb. İlkin hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 39,44 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 38,09 faizlə ikinci sıradadır.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 57,07 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 49,74 faizlə birinci yerdədir.

*** 20:44

İlkin hesablamalara görə, keçirilən bələdiyyə seçkilərində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu İstanbul Böyükşəhər bələdiyyəsi üzrə 49,09% səslə liderlik edir.

"Unikal" xəbər verir ki, bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) bildirib. ​​

Onu, 42.04% səslə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Murat Kurum izləyir.

Hazırda səslərin 5.44%-i sayılıb.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparır. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.