Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, danışıq zamanı Türkiyə ilə İran arasındaki ikitərəfli münasibətlər, bölgədə baş verən son hadisələr, o cümlədən İsrail-Fələstin qarşıdurması və bölgədəki humanitar vəziyyət müzakirə edilib.

Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İsrail ilə Fələstin arasında atəşkəsin ən qısa zamanda təmin edilməsi istiqamətində fəaliyyətini artırmasının vacibliyini vurğulayıb.