Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi postuna namizəd olan Niderlandın baş naziri Mark Rutteyə bir sıra şərtlər irəli sürüb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Ərdoğanla Rutte arasında telefon danışığı zamanı onlar dövlətlər arasında ikitərəfli münasibətləri, həmçinin Şimali Atlantika Alyansının yeni baş katibi namizədliyini müzakirə ediblər.

Ərdoğan NATO-nun yeni rəhbərinin terrorizm və digər çağırışlarla mübarizədə alyansa üzv dövlətlərin təhlükəsizliyinə və maraqlarına xidmət etməli, həmçinin alyansın əsas dəyərlərini və formalaşmış təcrübələrini inandırıcı şəkildə təsdiqləməli olduğunu vurğulayıb.