Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa müraciəti başlayıb. 

"Unikal" xəbər verir ki, Türkiyə lideri çıxışını AK Partiyanın qərargahından edir.

"85 milyonun hər birini AK Partiya Ümumi Mərkəzindən salamlayıram. Allaha şükür edirəm ki, mənə sizin kimi sadiq yoldaşlar nəsib etdi.

31 mart bələdiyyə seçkilərini demokratiyamıza yaraşan şəkildə başa vurduq. Ayrı-ayrı hadisələrdən başqa heç bir təəssüf doğuran hadisə baş verməyib", - deyə o qeyd edib.

***00:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli vaxtla saat 00.30-da vətəndaşlara müraciət edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun məlumat verib. 

Altun sosial media hesabından verdiyi açıqlamada prezident Ərdoğanın AK Partiya Ümumi Qərargahında vətəndaşlara müraciət edəcəyini bildirib.