Türkiyədə keçirilən yerli bələdiyyə seçkilərində İYİ Partiya istədiyinə nail ola bilməyib. 

"Unikal" xəbər verir ki, partiya sadəcə Nevşehir vilayətində qalib gələ bilib. 

Bundan sonra sədri Meral Akşener olan partiyada istefalar başlayıb. 

Ümumi İdarə Heyətinin üzvü İrem Yaman da sosial media hesabında etdiyi paylaşımda istefa verdiyini açıqlayıb.

***00:56

İYİ Partiyanın İqtisadi Siyasətlər sədri Bilge Yılmaz tutduğu vəzifədən istefa verib.

"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

Yılmaz partiyanın lideri Meral Akşeneri də istefaya dəvət edib.

Ağarza Elçinoğlu