Moskva ilə İrəvan arasında münasibətlərdə elə problemlər var ki, onları gizlətmək olmaz.  

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Bizim Rusiya ilə iqtisadi əlaqələrimiz, ikitərəfli ticarətimiz, müxtəlif əməkdaşlıq sahələrimiz və təhlükəsizlik sahəsində yaxşı əlaqələrimiz var. Amma bu da bir həqiqətdir ki, bu gün fərqli düşüncələrimiz var və sadə dillə desək, onlarla eyni şeyi demirik", - deyə Mirzoyan müsahibəsində bildirib.

O, həmçinin əlavə edib ki, İrəvan NATO ilə əməkdaşlıq edir: "Lakin alyansa qoşulmaq məsələsi hazırda masada deyil, Mirzoyan əlavə edib".

Ağarza Elçinoğlu