Türkiyənin Dənizli vilayətinin Tavas rayonunda Cümhuriyyət Xalq Partiyası (CHP) binasının balkonu uçub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Qeyd olunub ki, CHP-nin namizədi Kadir Tatık səsvermədə irəlidə olduğu üçün partiyanın rayon qərargahında bayram tədbiri keçirilib.
Tədbirdə zamanı balkon çöküb, orada olan 4 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib.
Ağarza Elçinoğlu