Türkiyədə mart ayının 31-də yerli özünüidarə orqanlarına seçkilərdən sonra İstanbulun Arnavutköydə muxtar namizədlərin qohumları arasında silahlı insident baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb. 

"Arnavutköyün Bolluca Məhəlləsində seçkidən sonra köhnə və yeni muxtar tərəfdarları arasında silahlı dava baş verib. Qarşıdurma zamanı iki nəfər ağır yaralanıb. Polis qrupları hadisə ilə bağlı araşdırmalarını davam etdirir", - deyə qeyd olunub. 

Ağarza Elçinoğlu