Liviyanın Baş naziri Abdel Hamid Dbeybanın iqamətgahı silahla atəşə tutulub. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücum zamanı iqamətgaha ziyana dəyib. Bildirilir ki, bundan sonra  əraziyə təhlükəsizlik qüvvələrinin bölmələri yerləşdirilib.

İnsident zamanı Dbeybanın özünün iqamətgahda olub-olmaması barədə məlumat yoxdur.

Hücum edənlərin kimliyi və hadisənin səbəbləri barədə məlumat hələlik açıqlanmır.