"Rusiya lideri Vladimir Putin öz çevrəsindən kimsə tərəfindən öldürülə bilər".

"Unikal" xəbər verir ki, bu fikri amerikalı siyasi strateq və politoloq Ceyson Smart "FreeDom" kanalında paylaşıb.

Onun sözlərinə görə,  ruslar başa düşürlər ki,  Putinin erası tezliklə bitəcək. Ekspertin fikrincə, Putin artıq Rusiya Federasiyasında baş verənlərə nəzarət etmək iqtidarında deyil.

"...O, artıq... başqa ölkədə müharibədə qalib gələ bilməz və Rusiya iqtisadiyyatı hər gün pisləşir. İndi Rusiyada yaxşı heç nə yoxdur. Düşünürəm ki, Putinin çevrəsindən birinin onu öldürəcəyi gün gələcək" -  siyasi strateq bildirib.

Gülayə Mecid