İsrail qüvvələri Qəzza zolağının ən böyük sağlamlıq kompleksi olan Şifa xəstəxanasını 14 gün mühasirədə saxladıqdan sonra geri çəkiliblər.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şahidləri ifadələrində İsrail ordu qüvvələrinin Şifa xəstəxanasını yandırıb ətraf qəsəbələrdən tamamilə geri çəkilərək, Tel əl-Heva bölgəsinə getdiyini bildiriblər.

Fələstin səhiyyə rəsmiləri xəstəxananın tamamilə xidmətdən çıxdığını və hazırkı dövrdə yenidən işə başlamağın çətin olduğunu açıqlayıblar. Digər tərəfdən bildirilir ki, İsrail ordusu Şifanın yaxınlığındakı qəbiristanlıqdan insanların meyitlərini çıxardaraq,  xəstəxananın həyətinə atıblar. 

Zərifə Nağıyeva