Yüz minlərlə israilli Qüdsdə hökumət əleyhinə nümayişlərdə iştirak edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər baş nazir Binyamin Netanyahunun dərhal istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. 

Etirazçılar əllərində bayraqlar və plakatlar ilə əsas magistral yolu ilə hərəkət edərək nəqliyyatın hərəkətini tamamilə iflic ediblər. Bəzi fəallar düz yollarda od yandırıblar.

Gülayə Mecid