Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə getmək üçün istefa vermək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
"Azərbaycanın Tavuşla bağlı tələbləri o qədər dərinləşib ki, baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə getmək üçün istefa vermək qərarına gəlib", - deyə məlumatda qeyd olunub.
Həmçinin məsələnin artıq "Mülki Müqavilə" partiyasının təcili iclasında müzakirə olunduğu deyilir.
Məlumata görə, növbədənkənar parlament seçkiləri sentyabrın 10-da keçiriləcək.
Ağarza Elçinoğlu