Rusiyanın Voronej şəhərində kafedə partlayış baş verib.

"Unikal" xəbər verir ki,  bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Rusiya mətbuatı kafenin zədələnməsinə və şüşələrinin sınmasına səbəb olan hadisənin bombalı hücum olduğunu bildirib. Partlayış zamanı kafenin boş olduğu, ölən və yaralananların olmadığı bildirilib.

Rusiya martın 22-də paytaxt Moskvada konsert salonunda baş verən və 140-dan çox insanın ölümü ilə nəticələnən terror aktından sonra həyəcan təbili çalıb.

Gülayə Mecid