Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ”Mütəxəssis-qonaq”çərçivəsində  “ATS Group”MMC –nin standartlaşdırma və sertifikatlaşdırma üzrə mütəxəssisi,təlimçi Leyla Xəlilzadənin iştirakı ilə baş tutan tədbir universitet  tələbələri tərəfindən maraqla qarşılanıb.

"Unikal" xəbər verir ki, təlimçi L.Xəlilzadə “ATS FOOD MMC” –nin əsas fəaliyyət istiqamətləri,məhsul istehsalı və satış prosesinin mərhələləri, məhsulun keyfiyyətinə nəzarət,həmçinin dünyanın ən populyar keyfiyyət idarəetmə standartı sayılan  İSO9001 Keyfiyyət İdarəetmə Sertifikatı nədir sualna  aydınlıq gətirib. 

Təlimin sonunda fəallığı ilə diqqətçəkən tələbələrə “ATS FOOD” MMC –nin xüsusi hədiyyələri  təqdim edilib.

“Mütəxəssis-qonaq” çərçivəsində keçirilən təlim ATMU-nun Karyera və kommunikasiya şöbəsi tərəfindən təşkil olunub.