Qazaxıstan kəşfiyyat xidməti terror aktı hazırlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

"Unikal" xəbər verir ki, bu  barədə Respublikanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildirilir ki, hadisə Aktau şəhərində qeydə alınıb. Məlumata görə, radikal dini ideologiyaya etiqad edən şəxs terror aktı hazırlamaqda şübhəli bilinir.

"Onun yaşadığı ünvanda aparılan axtarış zamanı dağıdıcı elementləri olan partlayıcı qurğunun hazırlanması üçün komponentlər götürülüb", - məlumatda qeyd olunub.

Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları digər maddi sübutlar da aşkar ediblər. Kəşfiyyat xidməti qeyd edib ki, saxlanılan şəxs əvvəllər başqa cinayət törətdiyinə görə məhkum olunub.

Gülayə Mecid