Bütün zarafatcılların sevimli bayramı - 1 aprel günü...Bir sıra dövlətlərdə bu bayram qeyd olunur. Bu gün hamı bir-biri ilə zarafat etməyə və çox əylənməyə çalışır.  Görəsən, bu ənənə haradan gəlib?

"Unikal" qeyri-adi bayramın tarixini təqdim edir:

1 aprel bayramı heç bir rəsmi sənəddə qeydə alınmayıb, lakin onu haqlı olaraq beynəlxalq adlandırmaq olar. Bunun tam olaraq harada meydana gəldiyini tam dəqiqliklə söyləmək mümkün deyil, çünki Avropadan Asiyaya qədər bir çox ölkələr əmindirlər ki, 1 aprel zarafatcıl insanların sayəsində yaranıb.

Ən inandırıcı versiyalardan biri bayramın fransız mənşəli olması haqqında hekayədir. Bu, 1564-cü ildə Kral IX Çarlz tərəfindən verilən Russillon fərmanına aiddir. Məsələ burasındadır ki, o günlərdə Fransada Yeni il müxtəlif vaxtlarda qeyd olunurdu ki, bu da tarixlərlə bağlı çaşqınlıq yaradırdı. Çoxları bunu yazda, martın 25-dən aprelin 1-dək qeyd edirdi, bu vaxtı təbiətin canlanması bayramı kimi qəbul edirdi. Kral yeni ili yanvarın 1-də qeyd etməyi əmr etdi və xalq köhnə adət-ənənələrə sadiq qalanları “aprel axmaqları” adlandırdı.

Müxtəlif ölkələrdə bayram ənənələri

1. İtaliya

İtalyanlar bu bayramı "Aprel balığı" mənasını verən "Pesce d'Aprile" adlandırırlar. Burada öz əllərinizlə kağızdan parlaq rəngli balıqlar yaratmaq və dostlarınızın arxasına yapışdırmaq adətdir.

2. Almaniya

Almaniyada adi alman ehtiyatına baxmayaraq, aprelin 1-i coşqu ilə qeyd olunur. Bu gündə təkcə dostlarla zarafat etmək deyil, həm də mümkünsə istirahət etmək adətdir.

3. Finlandiya

Fin prankerləri ənənəvi olaraq mövcud olmayan əşyaları almağa dostlarını göndərirlər. Balıq südü, duzlu şokolad və ya şüşə qayçı və daha nələr... 

4. İngiltərə

Dəqiq ingilislər adətən aprelin 1-də tanışlarının saatlarını bir neçə on dəqiqə qabağa çəkərək zarafatlaşırlar. Bunu təmkinli və gözlənilmədən etmək vacibdir ki, insan bunu fərq etməsin. 

Gülayə Mecid