Yaroslavl vilayətinin Berendeevo kəndində sərnişin avtobusu ilə sürət qatarının toqquşması nəticəsində 8 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"İlkin məlumatlara görə, avtobusda olan səkkiz nəfərin hamısı həlak olub", - məlumatda qeyd olunub.