Almaniyada təyyarənin pilotları kabinəyə dolan pis qoxuya görə təcili eniş edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Birləşmiş Hava Yollarına məxsus təyyarə Almaniyanın Frankfurt şəhərindən havaya qalxıb və San-Fransiskoya enməli idi. Lakin təyyarə havaya qalxdıqdan sonra tualetlərdən birinin nasaz olduğu məlum olub. Bundan əlavə, oradan xoşagəlməz qoxular gəlib və bu da sərnişinləri narahat edib. 

Təyyarə Şimal dənizi üzərində bir neçə dövrə vurub. Problem aradan qaldırılmadığından pilotlar təcili olaraq hava limanına qayıtmağa qərar veriblər.