SEPAH 7 üzvünün İsrailin Suriyadakı İran konsulluğuna hücumda öldüyünü təsdiqləyib.

"Unikal" xəbər verir ki. bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ümumi ictimaiyyətlə əlaqələr idarəsi bəyanat yayıb.

Bildirilib ki, Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində ölüb.

xxx

22:30

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) generalı Məhəmməd Hadi Hacı Rəhimi də İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində həlak olub. 

"Unikal" xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Rəhimi SEPAH-ın briqada generalı Məhəmməd Rza Zahidinin müavini vəzifəsində çalışıb və o da diplomatik missiyaya hücum zamanı həlak olub. Press TV-nin məlumatına görə, Zahedi Livan və Suriyada SEPAH-ın Qüds qüvvələrinin bölmələrinə komandanlıq edib.

xxx

20:01

SEPAH-ın yüksək rütbəli generalı İsrailin Suriyaya hava hücumunda öldürülüb

"Unikal" xəbər verir ki, bu barədə Reuters təhlükəsizlik mənbəsinə istinadən məlumat verib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı Məhəmməd Rza Zahedi İsrailin Dəməşqdə endirdiyi hava zərbə nəticəsində öldürülüb.

Rəsmi Tehran hələlik məlumatı təsdiqləməyib.