Ukrayna Prezidenti Volodimir Zelenski hökumətdə islahatlara start verəcək, bəzi idarələr funksional vəzifələrini dəyişəcək.

"Unikal" xəbər verir ki, bu sözləri yerli “Rada” telekanalında Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Hökumətin islahat proqramlarının yenilənməsinə ehtiyac var” deyən Podolyak dəyişikliklərə dövlət başçısının təşəbbüs göstərəcəyini bildirib.

Podolyak Zelenskinin ofisindəki əvvəlki kadr dəyişikliklərini xatırlayaraq bunun yenidən aparılmasını hər hansı "sui-qəsd nəzəriyyəsi ilə əlaqələndirməməyi" tövsiyə edib.

Müşavirin sözlərinə görə, islahatlar hərbi, iqtisadi, sosial idarələrə və hökumətə təsir edəcək.