İstanbulda terror aktı hazırlamaqda şübhəli bilinən Tacikistan və Qırğızıstan vətəndaşları saxlanılıb. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, istintaq orqanlarının məlumatına görə, saxlanılan şəxs - Tacikistan vətəndaşı İslam Dövlətinin üzvü olub və həbs edilib. 

Qırğızıstan vətəndaşı olan qadın isə onun şəriki olub və ölkədən deportasiya edilib.

Onlardan jandarm forması, polis jileti və papaq, ratsiya, silah qabığı və bıçaq aşkar edilib. Ehtimallara görə, onların köməyi ilə şübhəlilər terror aktından sonra qaçmağı planlaşdırıblar.

Saxlanılanların terror aktını dəqiq harada həyata keçirməyi planlaşdırdıqları açıqlanmır. Tacikistan vətəndaşının kod adının Əbu İsmayıl olduğu və uzun müddət terrorçuların arasında olduğu məlum olub.