Belarus müdafiə qüvvələri ilə Qomel və Qrodno vilayətlərində təlimlərə başlayıb. Ərazi müdafiə qüvvələri ilə komanda-qərargah təlimləri Qomel vilayətinin Roqaçev və Kormyanski rayonlarında başlayıb, bu rayon Ukraynanın Çerniqov vilayəti ilə həmsərhəddir.

"Unikal" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə könüllü milislərin də cəlb olunması ilə obyektlərin mühafizəsi və müdafiəsi, o cümlədən hərbi vəziyyətin təmin edilməsində iştirak məsələləri işlənəcək. Həmçinin, ərazi qoşunlarının hərbi hissələrinin vəzifəli şəxslərinin döyüş hazırlığı tapşırıqlarını yerinə yetirməyə hazırlığı da qiymətləndiriləcək. Şəxsi heyət müdafiə tapşırıqlarının həlli zamanı öz vəzifələrini yerinə yetirmək üçün təlim keçəcək və s.

Eyni təlimlər Litva ilə həmsərhəd Qrodno vilayətinin Voronovski rayonunda da başlayıb.   

Gülayə Mecid