Tatarıstan Respublikasının Yelabuqa şəhərində pilotsuz təyyarənin hücumu zamanı 6 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"İndi PUA-nın hücumu nəticəsində altı nəfərin yaralandığı müəyyən edilib ", - agentlik yazıb.  

***09:38

Tatarıstanın Yelabuqa sakinləri dron hücumu barədə məlumat veriblər.

"Unikal" xəbər verir ki, bu barədə  Rusiya mətbuatı kanalı məlumat yayıb.

Bildirilir ki, Yelabuqa xüsusi iqtisadi zonasında partlayış səsləri eşidilib. İlkin məlumata görə, fabriklərdən birinə və yataqxanaya ziyan dəyib.  Həlak olanlar barədə hələlik rəsmi məlumat yoxdur.