Hüquq-mühafizə orqanlarında çoxsaylı inovasiyalar uğurla tətbiq edilməkdədir.

"Unikal" xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir: "Hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb. Çoxsaylı inovasiyalar hüquq-mühafizə orqanlarında uğurla tətbiq edilməkdədir”.