"Paşinyanın təklif etdiyi addımların ardıcıllığı və planları ilə bağlı partiyalı dostlarımız arasında belə bir anlaşma var: biz dörd kəndi Azərbaycana qaytarırıq". 

"Unikal" xəbər verir ki,  bunu "24TV"nin verilişində Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Ovik Ağazaryan deyib. 

Deputat verilişdə daha bir analoji fikir səsləndirib. 

Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının 6 il ərzində ölüb dirilməsi ilə bağlı açıqlamasına toxunan deputat qeyd edib:

"Baş nazirin bu fikri ilə razıyam "Vətəndaş Müqaviləsi" Partiyası İkinci Qarabağ Müharibəsindən sonra yenidən dirildi. Biz öldük, xalq isə bizi diriltdi. Mən İsaya inanmırdım, Paşinyanla görüşəndən sonra ona inandım. O, İsa kimi məqsədyönlü və öz ideyalarına sadiqdir". 

Gülayə Mecid