Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxıb.
“Unikal" xəbər verir ki, 5-ci qrupda yer alan komanda doğma meydanda Şimali Makedoniya yığmasına uduzub.
Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.
Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 6 xalla ikincidir.