Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-in (Quacquarelli Symonds) 2024-cü ilin aprel ayında açıqladığı reytinqdə öz mövqeyini əhəmiyyətli dərəcədə yüksəltmiş UNEC, dünya universitetləri ilə eyni qrupa daxil olmaqla yanaşı, digər universitetlərdən də öndə yer alıb.

“Unikal” xəbər verir ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC "İqtisadiyyat və ekonometrika" fənni sahəsi üzrə Böyük Britaniyanın Aston Universiteti, Türkiyənin Sabançı Universiteti, Çinin Shanghai Universiteti, İsveçrənin Basel Universiteti, Qatar Universiteti, ABŞ-ın Aeva (İowa), Kentaki (Kentucky), Cənubi Karolina, Florida Dövlət, Georgia Dövlət, Syracuse universitetləri ilə eyni qrupa daxil olub.
 
Eləcə də, UNEC həmin reytinqdə ABŞ-ın Louisiana Dövlət, Kaliforniya Riverside, Vaşinqton Dövlət, Böyük Britaniyanın Leicester (401-450),  Türkiyənin İstanbul (451-500), Hacettepe,  ABŞ-ın Linkoln, Ukraynanın Taras Şevçenko Milli universitetlərindən  (501-550) önə çıxıb.