ABŞ prezidenti Co Bayden hesab edir ki, bir sıra idxal rüsumlarının artırılması ilə bağlı yeni qərarına baxmayaraq, Vaşinqton və Pekinin ticarət müharibəsi riski yoxdur.

"Unikal" xəbər verir ki, ABŞ Prezidenti bu barədə jurnalistlərin sualını cavabandırarkən deyib.

"Heç bir ticarət müharibəsi riski yoxdur", - deyə Bayden qeyd edib. 

Qeyd edək ki, ABŞ-nin anti-Rusiya sanksiyaları səbəbindən Çinin Rusiyaya ixracı 2022-ci ildən bəri ilk dəfə azalıb.