"Cari il üçün qanunla nəzərdə tutulan vəzifələrlə yanaşı, bəzi tədbirlərin keçirilməsini də planlaşdırırıq".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
O bildirib ki, 2024-cü ilin Yaşıl dünya naminə həmrəylik ilini nəzərə alaraq bir neçə mövzuda ekoloji audit keçirəcəklər:
"Türkiyə Ali Audit Orqanı ilə 2 mövzuda paralel audit, COP 29 tədbirində həmkar Ali Audit Orqanlarının iştirakının təşkilini və iqlim fəaliyyətinin qiymətləndiriləsinə AAO-ların cəlb edilməsi məsələlərinin müzakirə edilməsi, məsafədən auditlə bağlı proqram təminatının hazırlanması işlərinə başlanılması, ASOSAI-ın maliyyə hesabatlarının auditinin keçirilməsi nəzərdə tutulub".
Anar Kəlbiyev