Naxçıvan stansiyasından 76 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Naxçıvan stansiyasından 76 km cənub-qərbdə Azərbaycanın Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunmuşdur.

***

22:09

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.

"Unikal" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində 3 bala qədər hiss olunub.

Zəlzələ təxminən 5-7 saniyə davam edib.