Daim Korporativ Sosial Məsuliyyət strategiyasına sadiqliyi ilə diqqətləri öz üzərinə çəkən "Ziraat Bank Azərbaycan" bu dəfə Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin iştirakı ilə keçirilən tədbirə dəstək olub.
"Unikal" xəbər verir ki, tədbir şəhid və qazi övladları, həmçinin kimsəsiz uşaqlar üçün təşkil olunub. Hər il ənənəvi olaraq təşkil olunan tədbirdə Gəncə uşaq incəsənət məktəbinin, Gəncə Dövlət Filarmoniyasının, Gəncə Uşaq Evinin, Fikrət Əmirov adına 1 saylı uşaq musiqi məktəbinin, Aşıq Şəmşir adına Göygöl rayon musiqi məktəbinin istedadlı şagirdlərinin təqdimatında bir-birindən maraqlı çıxışlar izlənilib.
Bankın dəstəyi ilə tədbirdə iştirak edən bütün uşaqlara Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.