Başqırdıstanın nəqliyyat və yol təsərrüfatı naziri Aleksandr Klebanov rüşvət alarkən həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Başqırdıstanın rəhbəri Radi Xabirov respublikanın nəqliyyat və yol təsərrüfatı naziri Aleksandr Klebanovu tutduğu vəzifədən azad edib. Bundan əvvəl hüquq-mühafizə orqanları naziri xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edərək həbs etmişdi. Hazırda təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat tədbirləri həyata keçirilir", - deyə qeyd olunub.
Ağarza Elçinoğlu