Ermənistanda hərbi hissələrdən birində müqaviləli hərbi qulluqçu ölüb.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, üzərində güllə yarası olan 1985-ci il təvəllüdlü Artak Serejayeviç Avalyanın meyiti tapılıb.
Ermənistan Müdafiə Nazirliyi hadisənin araşdırıldığını bildirib.