Estoniya Dövlət Prokurorluğunun tələbi ilə məhkəmə Rusiyaya casusluqda şübhəli bilinən Tartu Universitetinin professoru Vyaçeslav Morozovu iki ay müddətinə həbs edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Morozova qarşı cinayət işinin istintaqı davam edir.
Estoniya polisi və Dövlət Prokurorluğu istintaqın maraqlarını əsas gətirərək, şübhələrin təfərrüatlarını hələlik açıqlamayıb.