Moskva Şəhər Dumasının deputatı Yevgeni Stupin xarici agent statusuna görə mandatdan məhrum edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

Həmçinin,  Moskva Şəhər Dumasının Qanunvericilik, Qaydalar və Prosedurlar Komissiyasının sədri Aleksandr Semennikovun məlumatına görə, deputat Stupin 2023-cü ilin sentyabrından 2024-cü ilin aprelinə qədər iclaslarda olmayıb və onun iştirak etməməsinin səbəbləri əsaslı sayılmayıb. Bununla bağlı onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

 Gülayə Mecid