Azərbaycan fudokançıları Sloveniyanın Podcetrtek şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
"Unikal" Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, 27-ci dəfə təşkil olunacaq yarışda AKF-nın ənənəvi karate üslubu fudokan üzrə komandasının heyətində uşaqlar arasında Yusif Mustafazadə, Mövlan Məmmədli , Mənsumə Məmmədli, yeniyetmələr arasında, Leyla Mahmudlu, Rəşidə Qafarlı, gənclər arasında, İsmayıl İbrahimli, Mehti Abdullayev, Şəhriyar Behbudzadə, Tahir Ələkbərov, böyüklər arasında Vahid Həsənov və Kamran Heydərzadə yer alacaq.
İdmançılarımız yarışa AKF prezidentinin köməkçisi, Dünya Fudokan Federasiyasının (ənənəvi karate üslubu) Azərbaycan üzrə rəsmi nümayəndəsi Vüsal Abdullazadə və nümayəndəliyin vitse-prezidenti Aqil Soltanovun rəhbərliyi altında yollanıblar.