Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.
"Unikal" xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.
***12:12
Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İran prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olub. Təyyarədə olanların hamısı, o cümlədən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da dünyasını dəyişib.
Gülayə Mecid