Hindistanda da ictimai matəm elan edib. 

"Unikal" xəbər verir ki, Hindistan hökuməti prezident İbrahim Rəisinin və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölümü ilə bağlı İrana başsağlığı verib. Məlumata görə, hökumət ölkəsində iki günlük matəm elan olunduğunu açıqlayıb. 

***15:17

Pakistan, Suriya və Livanda matəm elan olunub. 

"Unikal" xəbər verir ki, hər üç ölkənin hökumət rəsmiləri İran prezidenti İbrahim Rəisi və xarici işlər nazirinin helikopter qəzasında həlak olması ilə əlaqədar üç günlük milli matəm elan edildiyini açıqlayıb. 

Qeyd edək ki, İranda da beş günlük milli matəm elan olunub. 

Seymur Əli