BMT Təhlükəsizlik Şurasının iclasında İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahyanın xatirəsi ehtiramla yad edilib.
"Unikal" xəbər verir ki, Təhlükəsizlik Şurasının üzvləri ayağa qalxaraq onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xatırladaq ki, İran Prezidentinin helikopteri mayın 19-da pis hava şəraiti səbəbindən ölkənin şimalında qəzaya uğrayıb.
Hadisə nəticəsində İran nümayəndə heyətinin üzvləri həlak olub. İranda milli matəm elan edilib, həlak olanların dəfn mərasimi mayın 21-də Təbrizdə keçiriləcək.