Ankara çətin anlarda Tehranı dəstəkləyir və İran xalqının kədərini bölüşür.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın müvəqqəti prezidenti Məhəmməd Mohberlə telefon danışı zamanı deyib. 

“Telefon danışığı zamanı prezident Ərdoğan İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, onları müşayiət edən nümayəndə heyətinin üzvləri ilə birgə faciəvi helikopter qəzasında həlak olması ilə əlaqədar kədərini bildirib, başsağlığı verib və səbr diləyib", - deyə Türkiyə liderinin ofisinin məlumatında deyilir. 

Ərdoğan Rəisi və Abdullahiyanın Türkiyə-İran münasibətlərinə verdiyi töhfələrin hər zaman xatırlanacağını bildirib.

Nuranə Abbasova