Moskvanın Lyublino rayonunda azərbaycanlılara məxsus restoranda güclü yanğın baş verib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Krasnodarskaya küçəsində yerləşən “Aşkım” restoranı və banket zalı yanıb. Restoranın damı qismən uçub. İşçilər və qonaqlar daxil olmaqla 12 nəfər oranı tərk edib.

Yanğın 350 kvadratmetr ərazini əhatə edib.

Nuranə Abbasova