Beynəlxalq Cinayət Məhkəməsi həbs qərarı verərsə, Almaniya Netanyahunu həbs edəcək.

"Unikal" xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Stefan Hebstreit bildirib.

"İsrailin baş naziri Binyamin Netanyahuya qarşı beynəlxalq həbs qərarı verilərsə, Almaniya onu həbs etməyə borclu olacaq. Biz qanunlara bağlıyıq, Almaniya məhkəməni dəstəkləyir və bu, belə qalacaq", - Stefan Hebstreit bildirib.

Nuranə Abbasova